“4+4” tirajlı lotereyası hər həftə bazar ertəsi, çərşənbə, cümə və şənbə günü saat 19:45-də “Xəzər” TV-də canlı yayımla keçirilir.
Yalnız 18 yaşına çatmış şəxslər oyunda iştirak edə bilərlər.
Necə oynanılır?
- Lotereyada istifadə olunacaq kuponların üzərindəki A və B lövhələrinin hər birində oyun variantlarının yazılması üçün 20 xana əks olunub.
- Hər lövhədə mütləq 4 nömrə qeyd edilməlidir.
- Lototrondan 2 dəfə 4 ədəd nömrə çıxarılır və müvafiq olaraq A və B xanaları ilə uyğunluğu nəzərə alınır.
- “4+3”, “4+2”, “4+1”, “4+0”, “3+4”, “3+3”, “3+2”, “3+1”, “3+0”, “2+4”, “2+3”, “2+2”, “2+1”, “1+4”, “1+3”, “1+2”, “0+4”, “0+3” – uyğun olan biletlər uduşlu sayılır.
- “4+4” kombinasiyası tamamlandıqda isə CEKPOT udulur.
- Bilet alarkən kuponda “Şablon” xanasını işarələməklə 9 rəqəmli ŞABLON yarada bilərsən.
- Yaratdığın “Şablon İD” ilə həmin bileti növbəti tirajlarda oyna.
- Hər biletin qiyməti minimum 1 manatdır.
- Bilet bir neçə kateqoriya üzrə uduşlu ola bilər.
- “4+4” lotereya biletlərini istənilən vaxt Misli.az saytından, həmçinin MİSLİ məntəqələri, “Azərpoçt” şöbələri və lotereya satış nöqtələrindən əldə edə bilərsən.
- Oyun qaydalarında dəyişiklik olarsa, əvvəlcədən KİV-lə məlumat veriləcək.
XÜSUSİ MÜKAFAT nədir?
“4+4” lotereyasında cekpot uzun müddət udulmazsa, “Xüsusi Mükafat” həvəsləndirici oyunu keçirilə bilər. Bu halda “Azərlotereya” ASC tərəfindən cekpotun tam məbləği və ya müəyyən bir hissəsi əvvəlcədən elan olunan tirajda 100% uduşlu “Xüsusi Mükafat” kimi oynanıla bilər.
“Xüsusi Mükafat” məbləği udulana qədər bir kateqoriya üzrə uduş olmadığı təqdirdə bir alt kateqoriyanın üzərinə əlavə olunur və uduşlu biletlərin arasında bərabər olaraq bölüşdürülür.
Oyunun nəticələri tiraj bitdikdən sonra www.azerlotereya.com səhifəsində yerləşdirilir.
Uduşların verilməsi
- Uduşlu biletlərin qəbulu həmin tirajın keçirildiyi tarixdən sonra 150 gün davam edir.
- Udulan məbləğ uduşlu bilet “Azərlotereya” tərəfindən qəbul edildiyi tarixdən etibarən 30 iş günündən gec olmayaraq ödənilir.
- 3 000 manatadək uduşlar satış yerlərində nağd, 3 000 manatdan yuxarı uduşlar nağdsız qaydada ödənilir.
- Uduş məbləğindən biletin qiyməti və 500 manat çıxıldıqdan sonra 10% vergi tutulur.
Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.