“Bişənə Qədər Qazan” virtual lotereyasının şərtləri

“Bişənə Qədər Qazan” virtual lotereyasının qüvvədə olan müddəti: 13 Avqust 2022-ci il – 12 Avqust 2024-cü il.

 “Bişənə Qədər Qazan” virtual lotereyası oyununda iştirak etmənin şərtləri:

“ Bişənə Qədər Qazan” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

 “Bişənə Qədər Qazan” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Bişənə Qədər Qazan” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

 “Bişənə Qədər Qazan” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

 “Bişənə Qədər Qazan” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

Bişənə Qədər Qazan” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən uduş məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından nağdsız qaydada bank vasitəsilə məxaric etməklə çıxarış edə bilər.

 “Bişənə Qədər Qazan” virtual lotereya oyununun qaydaları:

“Bişənə Qədər Qazan” virtual lotereyasında 9 “şirniyyat” simvolu əks olunur. “Şirniyyat” simvollarını açdıqda 3 eyni məbləğ çıxarsa, həmin məbləğ qazanılmış olur. “Şirniyyat” simvolu açıldıqda “ani uduş” simvolu çıxarsa müvafiq məbləğ udulmuş olur. Oyun xüsusiyyətləri arasında bonus oyunu aktivləşdirmə şansı vardır. “Şirniyyat” simvolu açıldıqda “çarpan” simvolu çıxarsa uduş məbləği həmin simvolda qeyd olunan rəqəmə vuruluraq təyin olunur.   

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Mükafat məbləğini qazanmaq üçün simvolları sıra ilə açmaq olar və ya bütün simvolları görmək üçün "Hamısını aç" düyməsi seçilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir. Oyunun nəti̇cələri kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

"Bişənə qədər qazan” virtual lotereyası 03 avqust 2022 – ci il tarixində 221 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi