2024.12.02
“Poz-Qazan”da noyabrda 11 böyük uduş qazanılıb
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları üzrə noyabr ayında 11 böyük uduş qazanılıb.
Ayın ən böyük uduşu Qəbələdə “Zümrüd” lotereyasından olub. Telman Səfərov “Zümrüd”dən 100 000 manat udub.
Zaqatalada isə Məhərrəm Şabanov “Prestij” lotereyasından 50 000 manat qazanıb. “Prestij”dən 3 ədəd biletdə isə 5 000 manat udulub. Uğurlu biletlər Bakı və Füzulidən alınıb.
“Qızıl” lotereyasından da 2 böyük uduş – 25 000 manat qazanılıb. Uduşlar Bakı və Qazaxdan çıxıb. Şanslı qaliblərdən biri Feyruz Şərifov olub.
“Qızıl Ekstra” lotereyası isə 10 000 manat uduşla paytaxt sakini Zaur Rzayevi sevindirib. “Qızıl Ekstra”dan daha bir 10 000 manat Yevlaxda qazanılıb.
Sabirabadda “Uğurlu 7” lotereyasından 10 000 manat udulub. Astarada isə “Göz muncuğu” lotereyasından İlham İbadovun qismətinə 10 000 manat çıxıb.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.