2024.03.13
"Papaq at"da ilk bəxtəvər 75 000 manat qazandı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın Novruz bayramına özəl limitli sayda satışa çıxmış “Papaq at lotereyasında böyük uduş – 75 000 manat qazanılıb.  

Uğurlu bilet 28 May metro stansiyasının yaxınlığındakı satış nöqtəsindən alınıb. Yel çərçənbəsində bəxti gətirən Bakı sakini Emil Cəfərquliyevə Papaq at 75 000 manat qazandırıb.  

Qiyməti 3 manat olan “Papaq at” lotereyasında bir ədəd biletdə böyük uduş 75 000,daha 17 biletdə isə 10 000 manat qazanmaq şansı var.  Biletlər Novruza özəl limitli sayda olduğu üçün şansınızı yoxlamağa tələsin.  

Şans oyunlarında yalnız 18 yaşı tamam olan şəxslər iştirak edə bilərlər. “Azərlotereya”nın digər “Poz-Qazan ”biletlərində 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır.  

Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür. 

TV Yayım Təqvimi