2023.05.11
“Azərlotereya” “YayLand Fest” xeyriyyə yarmarkasında

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC “Nərgiz” fondunun təşkilatçılığı ilə bu il ilk dəfə təşkil olunan “YayLand Fest” xeyriyyə yarmarkasında iştirak edir.

“Azərlotereya” yarmarka iştirakçılarını bəxtlərini şans oyunlarında sınamağa dəvət edir. Lotereya həvəskarları “Poz-Qazan” oyunlarında anında uduş şansı qazanmaqla yanaşı, eyni zamanda tirajlı lotereya biletlərini əldə edə bilərlər.

Qeyd edək ki, yarmarkadan əldə edilən bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.

TV Yayım Təqvimi