2023.04.19
"Super Keno" lotereyasında 100 000 manat qazanılıb

Ölkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya”da növbəti böyük uduş qazanılıb.

Bu dəfə "Super Keno" lotereyasının 23163 nömrəli tirajında 100 000 manat udulub. Oyun qaydalarına əsasən qalib şəxs 10 mislini də seçsəydi, böyük uduş - 1 000 000 manatı qazana bilərdi.

Şanslı qalib yenə Xaçmaz şəhərindən olub. Daha öncə də eyni satış məntəqəsindən alınan biletlə "4+4" lotereyasında 913 072 manatlıq tarixi cekpot qazanılmışdı.

TV Yayım Təqvimi