2023.03.02
913 072 manatlıq cekpotu Xaçmaz sakini qazandı

Azərbaycanın qanuni və yeganə lotereya təşkilatçısı "Azərlotereya” ASC-nin təşkil etdiyi "4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında udulan 913 072 manatlıq cekpot Xaçmaz şəhər sakini Kamran Məmmədsəidova qismət olub.

Kamran Məmmədsəidov Xaçmazda daş satışı ilə məşğul olur. 50 yaşında şans üzünə gülən Kamran bəy çoxlarının səbirsizliklə gözlədiyi 913 072 manatlıq tarixi cekpotun sahibi olub. 

Qalib böyük həyəcan və sevinc hissilə mükafatı əldə etmək üçün "Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi "Bakı KOB evi”nə gəlib. 

Cekpot udacağını yuxusunda gördüyünü deyən Kamran bəy satıcı olaraq işləməyə davam edəcək.
“Azərlotereya” ailəsi adından Kamran bəyi bir daha təbrik edir, mükafatı xeyir işlərə xərcləməsini arzulayırıq.

TV Yayım Təqvimi