Super Binqo

Lotereya biletinin qiyməti: 2 (iki) manat. 


“Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “Super Binqo” tirajlı lotereyasının uduş fondunun oynanılması 26 dekabr 2016-cı il tarixində keçiriləcəkdir və Space TV kanalı vasitəsi ilə canlı yayımlanacaqdır.


Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000 (on min) manat qalib gələn biletlər arasında bərabər olaraq bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. 


İkinci turda lotereya biletinin hər hansı iki üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000 (on min) manat uduşa düşmüş lotereya biletlər arasında bərabər  olaraq bölünür.  Uduşa düşmüş bilet(lər) oyunu davam edir. 


Üçüncü turda lotereya biletinin hər hansı üç üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000 (on min) manat uduşa düşmüş lotereya biletləri arasında bərabər  olaraq bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir. 


Dördüncü turda lotereya biletinin hər hansı dörd üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000 (on min) manat uduşa düşmüş lotereya biletləri arasında bərabər  olaraq bölünür.  Uduşa düşmüş bilet(lər) oyunu davam edir.  


Beşinci turda beş üfüqi sırası tam dolmuş biletlər uduşlu sayılır. Beşinci tur ən azı 54 (əlli dörd) gediş daxil olmaqla uduş fondu bitənədək davam edir. Gedişlərin sayı artırıla bilər. Beşinci turda ilk uduş olan bir ədəd
10 000 (on min) manat pul mükafatı və əlavə olaraq pul uduşları oynanılır. Bu turda ilk tam dolmuş bilet(lər) 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000 (on min) manat uduşa düşmüş lotereya biletləri arasında bərabər olaraq bölünür.  Bundan sonra oyun zamanı qalan gedişlərdə tam dolmuş bilet(lər) pul uduşlarını udur.

_____________________________________________________________________________  

1.  Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

2. Əsas oyun bitdikdən sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə bilet 5 000 (beş min) manat pul mükafatı qazanır. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir.
3. Əsas oyun bitdikdən sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.


Android app on Google Play

Avtorizasiya

Bileti yoxla