Qış Möcüzəsi

Lotereya biletinin qiyməti: 2 (iki) manat. 



“Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “Qış Möcüzəsi” tirajlı lotereyasının uduş fondunun oynanılması 28 dekabr 2016-cı il tarixində keçiriləcəkdir və Space TV kanalı vasitəsi ilə canlı yayımlanacaqdır.
“Qış Möcüzəsi” tirajlı lotereyasında 1-dən 90-dək nömrələnmiş şarlardan (və ya çəlləklərdən) istifadə olunur .Lotereya biletinin üzərində üç oyun lövhəsi əks olunub

Əsas oyun 3 (üç) turdan ibarətdir: 




Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000 (on min) manat qalib gələn biletlər arasında bərabər  olaraq bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir

___________________________________________________________


İkinci turda lotereya biletinin lövhələrindən hər hansı biri, ən tez dolmuş bilet(lər) uduşlu sayılır. Bilet 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000 manat qalib gələn biletlər arasında bərabər olaraq bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir.

__________________________________________________________

Üçüncü tur ən azı 72-ci gedişə (daxil olmaqla) qədər davam edir və hər hansı bir lövhəsi dolmuş bilet uduşlu sayılır. Əgər bir biletin iki və ya üç lövhəsi dolmuşsa uduşlar cəmlənir.

Üçüncü turda ilk uduş olan bir ədəd 10 000 (on min) manat pul mükafatı və əlavə olaraq pul uduşları oynanılır. Bu turda hər hansı bir lövhəsi ilk dolmuş bilet(lər) 10 000 (on min) manat pul mükafatı qazanır, bir neçə bilet qalib gəldikdə 10 000  (on min) manat uduşa düşmüş lotereya biletlər arasında bərabər olaraq bölünür. Bundan sonra oyun zamanı qalan gedişlərdə hər hansı bir lövhəsi dolmuş bilet(lər) pul uduşlarını udur. 

___________________________________________________________

  1. Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet 5 000 (beş min) manat pul mükafatı qazanır. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir.

___________________________________________________________

 2Bundan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

___________________________________________________________


3Əsas oyun başa çatdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet 10 000 (on min) manat pul mükafatı qazanır. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir

___________________________________________________________

4. Əsas oyun başa çatdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet 10 000 (on min) manat pul mükafatı qazanır">. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir.

___________________________________________________________

5.  Bundan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin  son  iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.

___________________________________________________________



Android app on Google Play

Avtorizasiya

Bileti yoxla