Qızıl Payız

Lotereya biletinin qiyməti: 2 (iki) manat. 


Uduş fondunun oynanılması qaydası:

Oyunda 1-dən 60-dək nömrələnmiş şarlar (və ya çəlləklər) istifadə olunur. Şarlar (çəlləklər) xüsusi lototrona (və ya torbaya) yerləşdirilir, qarışdırılır və bundan sonra  bir-bir ardıcıllıqla çıxardılır. Əsas oyun zamanı lototrondan (torbadan) ən azı 54 (əlli dörd) ədəd şar (çəllək) çıxardılır. Lototrondan (torbadan) çıxarılan şarların (çəlləklərin) sayı artırıla bilər.Oyunun mahiyyəti, lototrondan (torbadan) çıxmış şarların (çəlləklərin) nömrələrinin lotereya biletinin sətrlərində əks olunmuş nömrələr ilə üst-üstə düşməsindən ibarətdir.  

Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır, bir neçə bilet qalib gəldikdə, bu məbləğ onlar arasında bərabər bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir.  




İkinci turda lotereya biletinin hər hansı iki üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet uduş fondunun ən azı 1% udur, bir neçə bilet qalib gəldikdə, bu məbləğ onlar arasında bərabər bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir 




Üçüncü turda lotereya biletinin hər hansı üç üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet uduş fondunun ən azı 1% udur, bir neçə bilet qalib gəldikdə, bu məbləğ onlar arasında bərabər bölünür.  Uduşa düşmüş bilet(lər) oyunu davam edir. 





Dördüncü turda lotereya biletinin hər hansı dörd üfüqi sırası, ən tez, dolmuş bilet(lər) uduşlu sayılır. Bilet uduş fondunun ən azı 1% udur, bir neçə bilet qalib gəldikdə, bu məbləğ onlar arasında bərabər bölünür. Uduşa düşmüş bilet(lər) oyunu davam edir.  





Beşinci turda beş üfüqi sırası tam dolmuş biletlər uduşlu sayılır. Beşinci tur ən azı 54 (əlli dörd) gediş daxil olmaqla uduş fondu bitənədək davam edir. Gedişlərin sayı artırıla bilər. Bu turda ilk tam dolmuş bilet(lər) uduş fondunun ən azı 1% udur, bir neçə bilet qalib gəldikdə, bu məbləğ onlar arasında bərabər bölünür. Bundan sonra oyun zamanı qalan gedişlərdə tam dolmuş bilet(lər) pul uduşlarını udur.  



Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin nömrəsi ilə uyğun gələrsə, bilet 20 000 (iyirmi min) manat udur r. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. 

Əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.




Əsas oyun başa catdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 6 (altı) rəqəm lotereya biletinin nömrəsi ilə uyğun gələrsə, bilet 10 000 (on min) manat udur . Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar (çəlləklər) yenidən lototrona (torbaya) qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir.

Əsas oyun başa çatdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.







Android app on Google Play

Avtorizasiya

Bileti yoxla