“5/36” lotereyasının qaydaları

“5/36” lotereyasının biletlərini lotereya satış məntəqələrinnən elektron bilet formasında və hazır bilet formasında əldə etmək olar.Bir biletin qiyməti 1 manat müəyyən olunmuşdur.

Elektron biletləri lotereya terminalları vasitəsilə şifahi deməklə və yaxud pulsuz paylanılan blanklarda nömrələri qeyd etməklə əldə edilir. Bir variantın qiyməti 0.20 manat müəyyən olunmuşdur.


Hazır bilet   Elektron bilet

 
  

Lotereya terminalları
  vasitəsi ilə iştirakçı biletləri özü də istədiyi qaydada dolduraraq əldə edə bilər!

Blank pulsuzdur!!!

Blanklar aşağıdakı qaydada doldurulur.



Blank olmdadıqda şifahi olaraq müxtəlif rəqəm kombinasiyalarını daxil etmək mümkündür.

Lototrona  1-dən  36-dək  işarələnmiş  şarlar  (çəllək) yerləşdirilir.Şarlar qarışdırılır və  təsadüf prinsipinə əsasən  5 (beş) ədəd şar (çəllək) çıxarılır.Çıxarılmış 5 (beş) şarın (çəllək) nömrələri lotereya biletində əks olunan sətrdəki nömrələrin 5(beş) -i,  4(dörd) -ü   və 3(üç)-ü   ilə uyğun gələrsə bilet uduşlu sayılır. Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir.

I –ci kateqoriya    5 (beş) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır  

II – ci kateqoriya 4 (dörd) rəqəm uyğun gələn biletlər uduş fondunun 15 – 35 %-ni qazanır

III – cü kateqoriya  3 (üç) rəqəm uyğun gələn biletlər uduş fondunun 30 – 70% - ni qazanır

Yalnız 5(beş) nömrəsi uyğun gələn variant “Cek Pot” oyununda iştirak edir. 

“Cek Pot” un oynanılması qaydası

“Cek Pot”    5(beş) rəqəm  udulduğu halda oynanılır  və yalnız 5(beş) rəqəmləri uyğun gələn variantlar “Cek Pot” un oynanılmasında iştirak edir.  1-dən 36-dək işarələnmiş  şarlar (çəllək) yenidən lototrona daxil edilir, qarışdırılır və 1 (bir) ədəd şar (çəllək) çıxarılır. 

Çıxarılmış şarın (çəllək) nömrəsi “Cek Pot” un oynanılmasında iştirak edən  variantın nömrələrinin 1(bir)-i ilə uyğun gələrsə “Cek Pot” udulmuş hesab olunur.

“Cek Pot”u udan variant yalnız “Cek Pot”un məbləğinə sahib olur!!!.
" style="font-size:xx-large;color:#000000">


Android app on Google Play

Avtorizasiya

Bileti yoxla