“Uğurlu Seyf” virtual lotereyasının qaydaları

"Uğurlu Seyf" virtual lotereyasını İNDİ OYNA!

“Uğurlu Seyf” virtual lotereyasının qüvvədə olan müddəti: 17 yanvar 2022-ci il – 31 dekabr 2024-cü il.

“Uğurlu Seyf” virtual lotereya oyununda iştirak qaydaları:

“Uğurlu Seyf” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

“Uğurlu Seyf” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı  “Uğurlu Seyf” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Uğurlu Seyf” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.50 manat (əlli qəpik)

“Uğurlu Seyf” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 30 (otuz) manat.

“Uğurlu Seyf” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 750 000 (yeddi yüz əlli min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Uğurlu Seyf” virtual lotereya oyununun qaydaları:

"Uğurlu Seyf" virtual lotereyası 3 (üç) eyni məbləğin tapılması oyunudur. Oyun xüsusiyyətləri arasında bonus oyunu, ani pul mükafatı qazanmaq şansı və qazanılan mükafatı 10 (on) dəfəyə qədər artırmaq şansı vardır.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Oyunda 6 (Altı) ədəd seyf oyun xanası mövcuddur. Seyfləri sıra ilə açmaq olar və ya bütün simvolları görmək üçün "Hamısını aç" düyməsi istifadə edilə bilər. Açılan “Gümüşü” seyflərdən 3 (üç) eyni məbləğ əks olunduqda həmin məbləğ udulmuş sayılır.

"Firuzəyi" bonus seyfi açıldıqda  "Açar" bonus oyunu aktivləşdirilir. Göstərilən mükafatı qazanmaq üçün 3 (üç) açardan biri seçilir. "Qara" seyf açıldıqda toplam uduşları 10 (on) dəfəyə qədər artırmaq şansı verən “Çarpan” simvolu əks olunur. "Qızıl" seyf açıldıqda göstərilən məbləğ anında qazanılır. Toplam  uduşlar oyunun sonunda ümumi̇ uduş sahəsi̇ndə göstəri̇li̇r və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Uğurlu Seyf” virtual lotereyası 09 mart 2022 – ci il tarixində 205 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

 

TV Yayım Təqvimi