“Uğurlu 7” ani lotereyasının qaydaları

“Uğurlu 7” ani lotereyası Misli.az-da!

“Uğurlu 7” ani lotereya biletinin qiyməti: 2 (iki) manat.

 “Uğurlu 7” ani lotereyasının qüvvədə olan müddəti: 06 aprel 2022-ci il – 02 may 2025-ci il.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində 7 (yeddi) oyun zonası əks olunmuşdur. Oyunun mahiyyəti: “üstüörtülü” Oyun 1, Oyun 2, Oyun 3, Oyun 4, Oyun 5, Oyun 6 və Oyun 7 xanalarının qoruyucu səthlərini pozduqdan sonra “7” simvolu əks olunarsa bilet uduşlu sayılır və uyğun zonadakı uduş məbləğini qazanmış olur. “Üstüörtülü” oyun zonalarını pozduqdan sonra hər hansı bir oyun zonasında * MANAT* simvolu əks olunarsa bilet uduşlu sayılır və bütün oyun zonalarında əks olunan uduşların cəmini qazanır.

Bilet bir neçə oyun zonası üzrə uduşlu olarsa, uduşlar cəmlənir.

Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

Uduş fondunun tərkibi:

Uduşların məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödənilən məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

2

2,00

1 144 000

2 288 000

4

4,00

936 000

3 744 000

5

5,00

650 000

3 250 000

10

10,00

325 000

3 250 000

20

20,00

136 500

2 730 000

40

40,00

30 940

1 237 600

100

100,00

2 736

273 600

1 000

950,20

68

68 000

10 000

9 050,20

12

120 000

50 000

45 050,20

4

200 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 13 000 000 ədəddir. Uduşlu biletlərin sayı – 3 225 260 ədəd, uduş fondunun məbləği – 17 161 200 manat (66,00%).

"Uğurlu 7" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən 150 (bir yüz əlli) təqvim günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (üç min manat daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

“Uğurlu 7 ” ani lotereyası 04 mart 2022 – ci il tarixində 202 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi