17.06.2022-ci il tarixində “Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40”tirajlı lotereyasının sonuncu tirajı keçiriləcək. Lotereyada oynanılan cekpot məbləği son tirajda udulmazsa, həmin məbləğ “Meqa 5/36”tirajlı lotereyasının cek pot məbləğinə əlavə olunacaq.
Lotereya biletinin bir variantın qiyməti 25 (iyirmi beş) qəpik məbləğində, biletin minimum qiyməti 1(bir) manat (bir biletdə minimum 4 variant olmalıdır) məbləğində müəyyən edilmişdir.
Lotereya biletlərinin satışı (variantların qəbulu) lotereya terminalları vasitəsi ilə həyata keçirilir. Bundan əlavə, xüsusi yaradılmış satış məntəqələri, internet və sms vasitəsi ilə həyata keçirilə bilər. Uduşlar puldan ibarətdir və uduş fondunun məbləği qəbul edilmiş variantların ümumi məbləğinin minimum 50%-ni təşkil edir.
Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış formalaşdırılır.Oyun iştirakçısı oyun kombinasiyalarını variantların qeyd edilməsi üçün 8 lövhədən ibarət olan kuponlarda qeyd etməklə təqdim edə bilər.
Lotereyada istifadə olunacaq kuponların (formaların) üzərindəki lövhələrin hər birində oyun variantlarının yazılması üçün 40 (qırx) nömrələnmiş xana əks olunub. Hər lövhədə qeyd olunmuş 6 (altı) nömrə ayrıca variant hesab edilir. Lövhələrin hər hansı birində variant olaraq altı nömrədən az qeyd olunarsa, həmin variant qəbul olunmur. Kuponda ən azı 4 (dörd) variant qeyd olunmalıdır. Əgər gər iştirakçı növbəti 1, 2, 3, 4, 5, 6 və ya 7 tirajda iştirak etmək üçün birdəfəlik bilet almışsa, o halda uduş, biletin sonuncu tirajındakı iştirakından sonra ödəniləcək.
Lotereya iştirakçıları tərəfindən təqdim edilmiş oyun variantı (variantları) terminal vasitəsi ilə mərkəzləşdirilmiş bazaya daxil olduqdan sonra, lotereya bileti çap olunur. Lotereya bileti xüsusi termokağızda çap olunur.
Oyuna həmçinin, mətbəədə çap olunmuş hazır oyun variantlarını əks etdirən biletləri alaraq da qoşulmaq mümkün ola biləcəkdir.
Çap olunmuş lotereya bileti lotereya oyununun iştirakçısında qalır və uduş fondu oynanıldıqdan sonra uduşun sahibinin hüququnu təsdiq edir.
Uduş fondunun oynanılması lototron vasitəsi ilə həyata keçirilir. Lototronda 1-dən 40-dək nömrələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən lototrondan 6 (altı) ədəd şar çıxarılır. Lototrondan çıxarılmış 6 (altı) ədəd şarın nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarındakı 6 (altı), 5 (beş), 4 (dörd) və ya 3 (üç) nömrə ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır.
Texniki səbəblərdən lototrondan istifadə etmək mümkün olmadıqda, uduşlu nömrələrin təyin edilməsi torba və çəllək vasitəsi ilə həyata keçiriləcəkdir.
Hər tirajın uduş fondu 4 (dörd) kateqoriya üzrə bölüşdürülür:
I kateqoriya (6 nömrənin uyğunluğu) – “Cek Pot” – uduş fondunun 10 - 40% - i
II kateqoriya (5 nömrənin uyğunluğu) – uduş fondunun 1-15%-i
III kateqoriya (4 nömrənin uyğunluğu) – uduş fondunun 10-40%-i
IV kateqoriya (3 nömrənin uyğunluğu) – uduş fondunun 40-60%-i
I kateqoriya – Lototrondan çıxarılmış 6 (altı) ədəd şarın nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində 6 (altı) nömrə ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və yalnız “Cek Pot”u qazanır. I kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, “Cek Pot”un məbləği qalib gələn lotereya biletləri arasında bərabər olaraq bölüşdürülür. Cari tirajda “Cek Pot” udulmadıqda bu məbləğ və cari tirajın uduş fondunun 10 - 40% - i növbəti tirajın “Cek Pot”una əlavə olunur.
II kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində nömrələrin 5 (beşi) ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və yalnız uduş fondunun II kateqoriyaya aid hissəsini udur. II kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür.
Tirajda II kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ növbəti tirajın II kateqoriyasına əlavə olunur.
III kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində nömrələrin 4 (dördü) ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır və yalnız uduş fondunun III kateqoriyaya aid hissəsini udur. III kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür.
Tirajda III kateqoriyalı uduşların olmadığı təqdirdə bu uduş kateqoriyası üçün ayrılmış məbləğ IV kateqoriyalı uduşlar üçün ayrılan məbləğin üzərinə əlavə olunur və tam olaraq bölüşdürülür.
IV kateqoriya - Lototrondan çıxarılmış şarların nömrələri oyunda iştirak edən lotereya biletində qeyd olunmuş oyun variantlarının hər hansı birində nömrələrin 3 (üçü) ilə uyğun gəldikdə həmin bilet(lər) uduşlu sayılır. IV kateqoriya üzrə bir neçə lotereya bileti uduşlu olduqda, uduş fondunun həmin kateqoriyaya aid hissəsi udan lotereya biletləri arasında bərabər bölüşdürülür.
Lotereya iştirakçılarının həvəsləndirilməsi məqsədilə “Cek Pot”a əlavə vəsait ayrıla bilər.
Bundan əlavə lotereya iştirakçılarını həvəsləndirmə məqsədi ilə “6/40” (tirajlı) lotereyasının “Cek Pot” pul mükafatı uzun müddət udulmadıqda “Azərlotereya” ASC “Cek Pot” pul mükafatının bütövlükdə və ya bir hissəsini əvvəlcədən elan edilmiş tirajda 100% - lik uduş kimi oynanıla bilər. Həmin tirajda əgər:
“Cek Pot” udulmazsa, o halda həmin məbləğ (xüsusi mükafat) II kateqoriyanın uduş məbləğinin üzərinə əlavə olunur. Əgər II kateqoriya bir neçə bilet tərəfindən udularsa həmin məbləğ II kateqoriyanı udan biletlər arasında bölüşdürülür.
- Əgər II kateqoriya udulmazsa o halda xüsusi mükafat məbləği III kateqoriyanın uduş məbləğinin üzərinə əlavə olunur. Əgər III kateqoriya bir neçə bilet tərəfindən udularsa həmin məbləğ III kateqoriyanı udan biletlər arasında bölüşdürülür.
- Əgər III kateqoriya udulmazsa o halda xüsusi mükafat məbləği IV kateqoriyanın uduş məbləğinin üzərinə əlavə olunur. Əgər IV kateqoriya bir neçə bilet tərəfindən udularsa həmin məbləğ IV kateqoriyanı udan biletlər arasında bölüşdürülür.
Əgər tirajda heç bir qalib olmazsa, o halda, “xüsusi mükafat” məbləğinin oynanılması başqa bir vaxta keçiriləcəkdir.
Lotereya biletinin üzərindəki variantlardan bir neçəsi uduşlu olduğu halda, uduşlar cəmlənir.
Hər yenilik və əlavələr haqqında KİV-lə (www.azerlotereya.com) əhaliyə əvvəlcədən məlumat veriləcək.
Oyunun nəticələri haqqında məlumat uduşların oynanılmasından sonrakı gün “Azərlotereya” ASC-nin www.azerlotereya.com rəsmi internet səhifəsində yerləşdiriləcək.
Uduşlu lotereya biletlərinin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 150 (bir yüz əlli) gün ərzində davam edir. Uduş “Azərlotereya” ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir). 3 000 (üç min) manatadək məbləğdə olan uduşlar (daxil olmaqla) lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.
Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.