Şans Ulduzu

“Şans ulduzu” ani lotereyasının qüvvədə olan müddəti: 01 avqust 2021-ci il – 01 avqust 2024-cü il.

"Şans Ulduzu” ani lotereyasının oyun qaydaları: Lotereya biletinin üzərində 7 (yeddi) oyun zonası və "Bonus Oyunu” xanası əks olunmuşdur. “Üstüörtülü” Oyun 1, Oyun 2, Oyun 3, Oyun 4, Oyun 5, Oyun 6, Oyun 7 zonalarının və “Bonus Oyunu" xanasının qoruyucu səthini pozmaq lazımdır. “Üstüörtülü” xanaları pozduqdan sonra, bir oyun zonasında üfüqi xətt üzrə 3 (üç) ədəd eyni simvol əks olunarsa, bilet “Mükafat Cədvəli"nə uyğun olaraq uduşlu sayılır. "Üstüörtülü” "Bonus Oyunu" xanasını pozduqdan sonra işarəsi əks olunarsa bilet "Bonus Oyunu” xanasının altındakı məbləği qazanmış olur.

Bilet bir neçə oyun zonası üzrə uduşlu olarsa, uduşlar cəmlənir. Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir.

 Uduş məbləği (manatla)

 10 faiz dərəcə ilə vergi tutulandan sonra ödənilən məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə) Uduşların ümumi məbləği (manatla)
2 2,00 440 000 880 000
4 4,00 360 000 1 440 000
5 5,00 250 000 1 250 000
10 10,00 125 000 1 250 000
20 19,20 52 500 1 050 000
40 37,20 11 900 476 000
100 91,20 1 050 105 000
1 000 901,20 19 19 000
10 000 9 001,20 3 30 000
50 000 45 001,20 2 100 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı: 5.000.000 (beş milyon) ədəddir.
Lotereya satışa buraxıldıqdan sonra qanunvericilikdə ediləcək dəyişikliklər ödəniləcək uduş məbləğlərində əks olunacaqdır. "Şans Ulduzu” ani lotereyası 08.05.2021-ci il tarixində ARMB tərəfindən qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 182.

 

 

TV Yayım Təqvimi