Tap, Qazan! 4 - Oyun qaydaları

“Tap, Qazan!” ani lotereya biletinin qiyməti 1 manat, böyük uduş 25.000 manatdır.

Yalnız 18 yaşı tamam olan şəxslər oyunda iştirak edə bilərlər.

Necə oynanılır?

"UDUŞLU RƏQƏM" lövhəsində əks olunan rəqəm “RƏQƏMLƏRİNİZ” lövhəsində əks olunan rəqəmlərdən biri və ya bir neçəsi ilə üst-üstə düşərsə, bilet uduşlu sayılır və uyğun rəqəmin altındakı məbləğ (məbləğlər) qazanılır.

 

Uduş fondunun tərkibi:

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödəniləcək məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

1

1,00

1 970 000

1 970 000

2

2,00

1 550 000

3 100 000

5

5,00

763 100

3 815 500

10

10,00

255 000

2 550 000

20

20,00

50 000

1 000 000

40

40,00

1 600

64 000

100

100,00

1 400

140 000

1 000

950,10

10

10 000

25 000

22 550,10

2

50 000

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 20.000.000 ədəddir. Uduşlu biletlərin sayı – 4.591.112 ədəd, uduş fondunun məbləği – 12.699.500 manatdır (63.5%).

Uduşlar necə verilir?

- Uduşun verilməsi üçün bilet tamlığı pozulmadan təqdim olunmalıdır. Cırılmış, zədələnmiş və seriya nömrəsi oxunmayan bilet qəbul olunmur və uduş ödənilmir.

- 3 000 manatadək uduşlar satış yerlərində nağd, 3 000 manatdan yuxarı uduşlar bilet “Azərlotereya” tərəfindən qəbul edildikdən sonra 30 iş günü müddətində nağdsız qaydada ödənilir.

- Uduş məbləğindən biletin qiyməti və 500 manat çıxıldıqdan sonra 10 faiz dərəcə ilə vergi tutulur.

Uduşların verilməsi prosesinə dair ətraflı məlumat üçün: Uduşlu biletlərin qəbulu

“Tap, qazan! 4” ani lotereyası 11 avqust 2023-cü il tarixdə 247 nömrə ilə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən qeydiyyata alınıb. Lotereya 21.08.2023 – 15.09.2025 tarixləri aralığında etibarlıdır.

 

TV Yayım Təqvimi