"Pul yağışı" virtual ani lotereyasının qaydaları

“Pul yağışı” virtual ani lotereyasını İNDİ OYNA!

“Pul yağışı”nın qüvvədə olan müddəti: 14 iyun 2023-cü il – 14 iyun 2025-ci il.

“Pul yağışı” virtual ani lotereyasında iştirak etmənin şərtləri:

“Pul yağışı” virtual ani lotereyası virtual mühitdə keçirilən oyundur.

“Pul yağışı”virtual ani lotereyasında 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Pul yağışı” virtual ani lotereyasında “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Pul yağışı” virtual ani lotereyasında bir oyun sessiyası üçün minimal iştirak haqqı: 1 (bir) manat.

“Pul yağışı” virtual ani lotereyasında bir oyun sessiyası üçün maksimal iştirak haqqı: 10 (on) manat.

“Pul yağışı” virtual ani lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 200 000 (iki yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərinin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq iştirakçının virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Pul yağışı” virtual ani lotereya oyununun qaydaları aşağıdakı kimidir:

“Pul yağışı” virtual ani lotereyası üstüörtülü sahəni açaraq uduşlu simvolların toplanması tipli oyundur.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayır. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Oyun sahəsində üstüörtülü “UDUŞLU SİMVOLLAR” lövhəsi və 20 (iyirmi) xanadan ibarət “SİMVOLLARINIZ” lövhəsi əks olunmuşdur. “UDUŞLU SİMVOLLAR” və “SİMVOLLARINIZ” lövhələrinin qoruyucu səthlərini pozmaq lazımdır. Üstüörtülü lövhələri pozduqdan sonra “UDUŞLU SİMVOLLAR” lövhəsində əks olunan simvollardan biri və ya bir neçəsi “SİMVOLLARINIZ” lövhəsində  əks olunan simvollardan biri və ya bir neçəsi ilə üst-üstə düşərsə, həmin simvol uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Bir neçə simvol uduşlu olduqda uduşlar cəmlənir.

- “SİMVOLLARINIZ” lövhəsindəki üstüörtülü xanaları pozduqdan sonra “2X” simvolu əks olunan xana avtomatik olaraq uduşlu sayılır və “2X” simvolunun altındakı məbləğin 2 (iki) qatı qazanılır.

- “SİMVOLLARINIZ” lövhəsindəki üstüörtülü xanaları pozduqdan sonra   “MANAT” simvolu əks olunan xana avtomatik olaraq uduşlu sayılır və “SİMVOLLARINIZ” lövhəsində qeyd olunmuş bütün məbləğləri qazanmış olur. Toplam uduş – uduşa düşmüş xanaların altındakı məbləğlərin cəmi ilə müəyyən olunur. “SİMVOLLARINIZ” lövhəsində olan rəqəmlərin “UDUŞLU SİMVOLLAR” lövhəsində olan rəqəmlərə uyğun olmayan hər hansı bir başqa kombinasiyası uduşsuz sayılır.

“Hamısını aç” düyməsini basaraq bütün xanaları avtomatik şəkildə açmaq mümkündür.

Toplam uduş oyunun sonunda göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyun başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyunun nəti̇cəsi̇ komputer alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

"Pul Yağışı" adlı virtual ani lotereya 5 iyun 2023-cü il tarixində 243 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi