Uduşlu biletlərin qəbulu

3 000 manatadək (daxil olmaqla) uduşları satış nöqtələrindən əldə etmək mümkündür. 3 000 manatdan yuxarı uduşlu biletlərin qəbulu 2 ünvanda həyata keçirilir:

- “Bakı KOB Evi” (Bakı, Ziya Bünyadov prospekti 38C)

- Gəncə şəhəri, Cavad xan küçəsi 39A

Uduş məbləği “Azərlotereya” ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 iş günündən gec olmayaraq bank vasitəsilə ödənilir.

Mükafatların ödənilmə qaydası lotereya növləri üzrə aşağıdakı kimidir:

Ani lotereyalarda uduşlu biletin "Azərlotereya" ASC tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereya başa çatdığı tarixdən 150 təqvim günü davam edir.

Tirajlı lotereyalarda uduşlu biletlərin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 iş günündən gec olmayaraq başlayır və 150 təqvim günü ərzində davam edir.

Misli.az saytında oynanılan oyunlarda qazanılmış uduşlar oyunçunun şəxsi kabinetində əks olunur. Qazanılan mükafat məbləği 1-30 iş günü ərzində oyunçunun qeyd etdiyi bank kartına köçürülür və ya kod vasitəsilə bankomatla ödənilir.

Misli məntəqələrində oynanılan oyunlarda qazanılan 3 000 manatadək uduşlar məntəqələrdə, 3 000 manatdan böyük uduşlar isə “Azərlotereya” ASC tərəfindən 30 iş günü ərzində qalibin bank hesabına köçürülür.

Qeyd: İdman mərc oyunlarında uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları ödənilmir.

TV Yayım Təqvimi