“Uğurlu 7” virtual lotereyasının qaydaları

“Uğurlu 7” virtual ani lotereyasını ONLAYN OYNA

“Uğurlu 7” virtual ani lotereyasının qüvvədə olan müddəti: 18 may 2023-cü il – 18 may 2025-ci il.

“Uğurlu 7” virtual ani lotereyasında iştirak etmənin şərtləri:

“Uğurlu 7” virtual ani lotereyası virtual mühitdə keçirilən oyundur.

“Uğurlu 7” virtual ani lotereyasında 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Uğurlu 7” virtual ani lotereyasında “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Uğurlu 7” virtual ani lotereyasında bir oyun sessiyası üçün iştirak haqqı: 2 (iki) manatdır.

“Uğurlu 7” virtual ani lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 50 000 (əlli min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Uğurlu 7” virtual ani lotereya oyununun qaydaları aşağıdakı kimidir:

“Uğurlu 7”  virtual ani lotereyası üstüörtülü sahəni açaraq uduşlu simvolların toplanması tipli oyundur.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayır. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Oyun sahəsində 7 (yeddi) üstüörtülü oyun xanası əks olunur. Oyun 1, Oyun 2, Oyun 3, Oyun 4, Oyun 5, Oyun 6 və Oyun 7 xanaları açıldıqdan (“pozulduqdan”) sonra “7” simvolu əks olunarsa, həmin xanadakı məbləğ qazanılmış olur. Üstüörtülü oyun xanaları açıldıqdan sonra hər hansı bir oyun xanasında *MANAT* simvolu əks olunarsa bilet uduşlu sayılır və bütün oyun xanalarında əks olunan uduşların cəmini qazanır.

“Hamısını aç” düyməsini basaraq bütün xanaları avtomatik şəkildə açmaq mümkündür.

Bir neçə oyun xanası üzrə uduş olarsa, uduşlar cəmlənir.

Toplam uduş oyunun sonunda göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ komputer alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

TV Yayım Təqvimi