“Dəfinələr Zirvəsi” virtual lotereyasının qaydaları

“Dəfinələr Zirvəsi” virtual lotereyasını İNDİ OYNA!

“Dəfinələr Zirvəsi” virtual lotereyasının qüvvədə olan müddəti: 10 yanvar 2023-cü il – 10 yanvar 2025-ci il.

“Dəfinələr Zirvəsi” virtual lotereyası oyununda iştirak etmənin şərtləri:

“Dəfinələr Zirvəsi” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

“Dəfinələr Zirvəsi” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Dəfinələr Zirvəsi” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Dəfinələr Zirvəsi” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Dəfinələr Zirvəsi” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

“Dəfinələr Zirvəsi” virtual lotereyasında bir oyun sessiyasında maksimum qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında, uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Dəfinələr Zirvəsi” virtual lotereya oyununun qaydaları:

“Dəfinələr Zirvəsi” bitişik simvol tipli oyundur. Oyun xüsusiyyətləri arasında hər hansı bir qazanılmış mükafatı bir neçə dəfəyə qədər artırmaq və bonus oyunu şansı var.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Oyuna başladıqda simvollar yuxarıdan aşağıya doğru hərəkət edərək oyun lövhəsində təsadüfi əks olunacaq. Bəzi simvollar üzərində sual (?) işarəsi olan qapalı qutu formasında əks olunacaq. Bu qutular açıldıqdan sonra üfüqi və ya şaquli olaraq ən azı 3 (üç) eyni simvol bitişik əks olunarsa mükafat cədvəlinə uyğun məbləğ qazanılır.

"Xəritə" bonus oyunu, oyun şəbəkəsində “bonus” simvolu açıldıqda aktivləşir. Xəritə 3 (üç) yerləşmə yeri (lokasiya) ilə əks olunur. Mükafatınızı görmək üçün uğurlu bir yer seçilir. Dinamit simvolu aşkar edildikdə ətrafındakı bütün simvolları partladılır. Oyun şəbəkəsindəki dinamiti əhatə edən 3x3 sahə silinir və yeni simvollar görünür.  Bir oyun sessiyasında tapılan hər çarpan bilet simvolu ilə çarpan çarxı ardıcıl olaraq  2X, 3X, sonra 5X -ə qədər artacaqdır. Toplam uduş alınan sonuncu çarpana vurulur və həmin məbləğ qazanılır. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

"Dəfinələr Zirvəsi" adlı virtual lotereya 28 dekabr 2022-ci il tarixdə 230 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi