“Meqa Mükafat” virtual lotereyasının qaydaları

“Meqa Mükafat” virtual lotereyasını İNDİ OYNA!

“Meqa Mükafat” virtual lotereyasının qüvvədə olan müddəti: 1 mart 2023-cü il – 1 noyabr 2024-cü il.

“Meqa Mükafat” virtual lotereya oyununda iştirak etmənin şərtləri:

”Meqa Mükafat” virtual lotereyası virtual mühitdə keçirilən oyundur.

“Meqa Mükafat” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Meqa Mükafat” virtual lotereya oyununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcə də mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Meqa Mükafat” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Meqa Mükafat” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

“Meqa Mükafat” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərinin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Meqa Mükafat” virtual lotereya oyununun qaydaları aşağıdakı kimidir:

“Meqa Mükafat” virtual lotereyası toplama və əlaqələndirmə tipli oyundur. Oyun xüsusiyyətləri arasında ani pul mükafatı qazanmaq şansı və qazanılan hər mükafatı 5 ,10 və ya 100 dəfəyə qədər artırmaq şansı var.

Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" seçimi verilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

“Oyna” düyməsi̇” seçi̇ldi̇kdən sonra, oyun sahəsinə müxtəlif rəngli kublar düşəcək və təsadüfi ardıcıllıqla əks olunacaq. Bir oyun turu zamanı üç və ya daha çox eynirəngli kub yanaşı, bir-biri ilə əlaqəli şəkildə düşdükdə toplanaraq oyun sahəsindən silinir. Cəmi on ədəd kub toplanaraq silindikdə bir çarpan sayğacı dolur. Oyun ərzində üç və daha çox eynirəngli, cəmi on ədəd kub bir-biri ilə yanaşı düşərək toplandıqda həmin rəngə uyğun çarpan sayğacı dolur. Oyun sahəsinin ətrafında əks etdirilən hər hansı bir çarpan sayğacı dolduqda, oyun məbləği göstərilən müvafiq rəqəmə vurulur və bu məbləğ qazanılır. 5, 10 və ya 100 çarpanları artırmaq şansı üçün oyun turunda oyun sahəsində ən az üç bənövşəyi çarpan yüksəltmə kubu aşkar olunmalıdır.

Oyun turu zamanı ən azı üç bənövşəyi çarpan yüksəltmə kubu aşkar edildikdə, hər çarpan artacaq və bu oyun sahəsinin ətrafında əks etdiriləcək. Oyun turunda üç bənövşəyi çarpan yüksəltmə kubu aşkar edildikdə, hər çarpan sayğacı 5 (beş) dəfə artacaq. Oyun turunda dörd bənövşəyi çarpan yüksəltmə kubu aşkar edildikdə, hər çarpan sayğacı 10 (on) dəfə artacaq. Oyun turunda beş bənövşəyi çarpan yüksəltmə kubu aşkar edildikdə, hər çarpan sayğacı 100 (bir yüz) dəfə artacaq.

Oyun sahəsinin ətrafındakı hər hansı bir və ya bir neçə çarpan sayğacı dolduqda, oyun məbləği göstərilən müvafiq rəqəmə (rəqəmlərə) vurulur və bu məbləğ (məbləğlər) qazanılır.

“Qızıl kub” ani qələbə kubu açıldıqda, aşkarlanan mükafat məbləği qazanılır. Ani nağd mükafatın məbləği artırıla bilməz.

Toplam uduş hər oyunun sonunda göstərilir. Bu zaman mükafat sayğacında göstərilən məbləğ qazanılır və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir. Oyunun nəti̇cələri kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Meqa Mükafat” virtual lotereyası 29 dekabr 2022-ci il 236 nömrəsi ilə qeydiyyata alınmışdır.

 

TV Yayım Təqvimi