“Qızıl tarlası” virtual lotereyasının qaydaları

"Qızıl tarla"sı virtual lotereyasını İNDİ OYNA!

“Qızıl tarlası” virtual lotereyasının qüvvədə olan müddəti: 12 Oktyabr 2022-ci il – 12 Oktyabr 2024-cü il.

“Qızıl tarlası” virtual lotereyası oyununda iştirak etmənin şərtləri:

"Qızıl tarlası” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

“Qızıl tarlası” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Qızıl tarlası” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.  

“Qızıl tarlası” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Qızıl tarlası” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 100 (bir yüz) manat.

“Qızıl tarlası” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən uduş məbləği 5 000 (beş min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından nağdsız qaydada bank vasitəsilə məxaric etməklə çıxarış edə bilər.

“Qızıl tarlası” virtual lotereya oyununun qaydaları:

“Qızıl tarlası” virtual lotereyasında hər turdan əvvəl oyunçu mərc etmək istədiyi məbləği daxil edir oyun başlamadan xana sayını seçir. Oyuna başlamaq üçün “Oyna” düyməsi seçilir.

“Oyna” düyməsi seçildikdə, mərc məbləği mövcud balansdan çıxılır və oyun başlayır.

Oyun 25 xanadan ibarətdir. Oyunçu qutularda mina və jetonlar tapacaq. Əgər oyunçu minaları açarsa oyun tamamlanır və oyunçu uduzmuş olur.

Maksimum mina sayı 24, minimum 1-dir.

Nə qədər mina xanası bağlı qalarsa o qədər hər jeton dəyəri artmış olur.

Oyunçu xanaları tək tək açır və istədiyi anda oyunu yekunlaşdıra bilir.

Oyunçu qutuların içində cek pot simvolları tapa bilər, bu simvollar müəyyən miqdarda uduş məbləğini artıra bilər.

“Mərclərim” bölməsində oyunçu şəxsi mərclərini, “bütün mərclər” bölməsində bütün mərclərini, “ən yüksək uduşlar” bölməsində yüksək uduşlarını, “nadir uduşlar” bölməsində nadir uduşlarını görə bilər.

Sistem xətası olduqda bütün mərclər üçün geri ödəniş edilir.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Qızıl tarlası” virtual lotereyası 10 avqust 2022-ci il tarixdə 225 nömrə ilə qeydiyyata alınmışdır.

 

TV Yayım Təqvimi