“Əyləncə Çarxı” virtual lotereyasının qaydaları

"Əyləncə Çarxı" virtual lotereyasını İNDİ OYNA!

“Əyləncə Çarxı” virtual lotereyasının qüvvədə olan müddəti: 10 yanvar 2023-cü il – 10 yanvar 2025-ci il.

“Əyləncə Çarxı” virtual lotereyası oyununda iştirak etmənin şərtləri:

“Əyləncə Çarxı” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

“Əyləncə Çarxı” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı  “Əyləncə Çarxı” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Əyləncə Çarxı” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Əyləncə Çarxı” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

“Əyləncə Çarxı” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Lotereya satışa buraxıldıqdan sonra qanunvericilikdə ediləcək dəyişikliklər ödəniləcək uduş məbləğlərində əks olunacaqdır.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Əyləncə Çarxı” virtual lotereya oyununun qaydaları:

“Əyləncə Çarxı” virtual lotereya oyunu bitişik simvol tipli oyundur. Oyun xüsusiyyətləri arasında hər hansı bir qazanılan mükafatı 2 (iki), 3 (üç) və 5 (beş) dəfəyə qədər artırmaq şansı və bonus oyunu qazanmaq şansı var.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

"Əyləncə Çarxı" virtual lotereyasında 12 (on iki) ədəd simvol mövcuddur. Üfüqi və ya şaquli olaraq ən azı 3 eyni simvol birləşmiş şəkildə əks olunarsa uyğun simvolun mükafatı qazanılmış sayılır.

Oyunda uduş məbləğini 2 (iki), 3 (üç) və 5 (beş) dəfəyə qədər artırmaq üçün çarpan simvolu mövcuddur. Bir oyunda hər “Çarpan Bilet” simvolu əks olunduqda oyun lövhəsinin sağ tərəfindəki Çarpan çarxı ardıcıl olaraq 2x, 3x və 5x - qədər artacaqdır. Toplam uduş Çarpan simvoluna vurulur. Raket simvolunu əsk olunduqda ətrafındakı bütün simvollar partladılır. Oyun lövhəsində Raket simvolunu əhatə edən 3x3 sahə partlayacaq və həmin sahə yeni simvollarla əvəz olunacaq. Bu zaman yenidən ən azı 3 (üç) eyni simvol birləşmiş şəkildə əks olunarsa uyğun simvolun mükafatı qazanılmış sayılır. “Alma” bonus oyunu əsas oyun zamanı bonus oyun simvolu aşkar edildikdə aktivləşəcəkdir. Göstərilən mükafatı qazanmaq üçün üç karamel almadan biri seçilir. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ komputer alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir. 

“Əyləncə Çarxı” adlı virtual lotereya 28 dekabr 2022-ci il tarixində 231 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır. 

TV Yayım Təqvimi