"Uğurlu Rəqəmləriniz" virtual lotereyasının qaydaları

"Uğurlu Rəqəmləriniz" virtual lotereyasını İNDİ OYNA!

"Uğurlu Rəqəmləriniz" virtual lotereyasının qüvvədə olan müddəti: 10 yanvar 2023-cü il – 10 yanvar 2025-ci il.

“Uğurlu Rəqəmləriniz” virtual lotereyası oyununda iştirak etmənin şərtləri:

“Uğurlu Rəqəmləriniz” virtual loteryası virtual mühitdə keçirilən oyundur.

“Uğurlu Rəqəmləriniz” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Uğurlu Rəqəmləriniz” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Uğurlu Rəqəmləriniz” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Uğurlu Rəqəmləriniz” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

“Uğurlu Rəqəmləriniz” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Uğurlu Rəqəmləriniz” virtual lotereya oyununun qaydaları:

“Uğurlu Rəqəmləriniz”  virtual lotereyası 3 (üç) mərhələdən ibarət oyundur: Oyun 1, Oyun 2 və Oyun 3.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

İştirakçı 6 (altı) rəqəmdən 5 (beş) rəqəm seçir və oyun sahəsinin ortasında olan "Başla" düyməsi seçilir. Mükafat qazanmaq üçün ən azı bir nömrə nömrələrinizlə üst-üstə düşməsi lazımdır. Daha sonra növbəti mərhələ olan Oyun 2-yə keçiririlir. Oyun 2-də mükafat qazanmaq üçün bir xanada iki rəqəm nömrələrinizlə uyğun gələrsə mükafatı qazanılır. Daha sonra növbəti mərhələ olan Oyun 3-ə keçilir. Oyun 3-də mükafat qazanmaq üçün hər hansı bir sıra və ya sütun tam olaraq nömrələrinizlə üst-üstə lazımdır.

Bundan əlavə mükafatı artırmağa imkan verən “Bonus Oyunu” aktivləşdirilir. “Bonus” nömrəsini açmaq üçün bir sandıq seçilir və bonus oyununu qazanmaq şansı qazanılır. Daha sonra hər 3 (üç) Oyun 1, Oyun 2 və Oyun 3  lövhələri yoxlanılır. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ komputer alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

"Uğurlu Rəqəmləriniz" adlı virtual lotereya 29 dekabr 2022-ci il tarixdə 233 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır. 

TV Yayım Təqvimi