“Kosmik Rənglər” virtual lotereyasının qaydaları

 “Kosmik Rənglər” virtual lotereyasını İNDİ OYNA!

 “Kosmik Rənglər” virtual lotereyasının qüvvədə olan müddəti: 1 fevral 2023-cü il – 1 noyabr 2024-cü il.

“Kosmik Rənglər” virtual lotereya oyununda iştirak etmənin şərtləri:

“Kosmik Rənglər” virtual lotereyası virtual mühitdə keçirilən oyundur.

“Kosmik Rənglər” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı  “Kosmik Rənglər” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi və ya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Kosmik Rənglər” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Kosmik Rənglər” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

“Kosmik Rənglər” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Lotereya satışa buraxıldıqdan sonra qanunvericilikdə ediləcək dəyişikliklər ödəniləcək uduş məbləğlərində əks olunacaqdır.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

“Kosmik Rənglər” virtual lotereya oyununun qaydaları:

“Kosmik Rənglər” virtual lotereyası eyni rəngli bitişik kvadratların toplanılması oyunudur. Oyun xüsusiyyətlərinə ani bir mükafat qazanmaq və fırlanan çarx bonus oyununda iştirak etmək şansı daxildir. “Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Oyun sahəsinin ortasında olan "Başla" düyməsi seçilir və 5 (beş) mərhələdən birincisi başlanır. Hər bir mərhələnin başlaması üçün ortada yerləşən dairə mavi rəngdə yananda, onu basmaq lazımdır. Eyni rəngli 3 (üç) və daha artıq kvadratlar bitişik əks olunarsa həmin rənglər mükafat bankına əlavə olunur. Sahə hər oyun üçün yenilənir. Mükafat bankında hər hansı cərgə tamamlandıqda mükafat qazanılır. 

Ulduzlu kvadratlar bitişik olaraq əks olunarsa “Raket” bonus mükafatı toplanılır.  Göyqurşağı üzüklü kvadratlar bitişik olaraq əks olunarsa fırlanan “Çarx Bonus” oyununu aktivləşdirilir. Bonus oyunu fırlanan çarx tipli oyundur. Rəqəm və rəngi açmaq üçün çarxı fırlanır. Hər hansı bir rəng sətri dolduğu halda mükafat bankı yenilənəcəkdir. Çarpan simvollu kvadratlar bitişik olaraq əks olunarsa mükafat qazanılır. Toplam uduş göstərilən çarpana vurulur və alınan məbləğ qazanılır. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ komputer alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Kosmik Rənglər” virtual lotereyası 9 yanvar 2022-ci il tarixində 234 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır. 

TV Yayım Təqvimi