“Virtual Binqo” lotereyasının qaydaları

"Virtual Binqo" lotereyasını İNDİ OYNA!

“Virtual Binqo” lotereyasının qüvvədə olma müddəti: 15 noyabr 2022 - 1 noyabr 2024

“Virtual Binqo” virtual lotereya oyununda iştirak etmənin qaydaları:

 “Virtual Binqo” lotereyası virtual mühitdə keçirilən oyundur.

 “Virtual Binqo” lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilərlər.

İştirakçı “Virtual Binqo” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcə də mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Virtual Binqo” virtual lotereyasında bir iştirakçının bir oyun otağında maksimum alınacaq biletlərin sayı: 10 (on) ədəd. (artırıla və ya azaldıla bilər)

“Virtual Binqo” virtual lotereyasında biletin alınması üçün minimum iştirak haqqı: 1 (bir) manat (artırıla və ya azaldıla bilər)

“Virtual Binqo” virtual lotereyasında biletin alınması üçün maksimum iştirak haqqı: otaqların sayından asılı olaraq dəyişir.

“Virtual Binqo” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği: Hər oyun üçün toplanan məbləğdən asılı olaraq dəyişir.

“Virtual Binqo” oyununda alınan biletlərin geri qaytarılması elan olunan uduş məbləğinə təsir edəcəyi üçün mümkün deyil.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

 “Virtual Binqo” virtual lotereya oyununun qaydaları:

“Virtual Binqo” oyunu təsadüfi rəqəm kombinasiyası seçiminə əsaslanan oyundur. Hər oyun sistem tərəfindən müəyyən olunan aralıqda, avtomatik qaydada keçirilir.

Oyun planı: Həftəlik olaraq təqvim üzrə yayımlanır.

Hər oyun otağında 5 fərqli rəngdə, hər rəngə uyğun 25, cəmi 125 ədəd rəqəm kombinasiyası və 90 ədəd fərqli rəqəm təsadüfi ardıcıllıqla oynanılır. Hər rəqəm kombinasiyası bir variantdır. Variantdakı rəqəm kombinasiyası üç sıradan və hər sırada beş fərqli rəqəmdən ibarət olur.

Hər oyun üçün birdən çox variant seçilə və alına bilər. Eyni rəqəm kombinasiyasına uyğun gələn variant birdən çox iştirakçı tərəfindən seçilə və alına bilər. Bir otaq içərisində seçilmiş variantların məcmusu biletdir. İştirakçı otaqda təklif edilən maksimal sayadək variant seçə və ala bilər.

Eyni variant bir iştirakçı tərəfindən bir dəfə seçilə bilər. İştirakçı oyun otağında olan hazır variantlardan seçim edə, həmçinin təsadüfi seçim ilə variant ala bilər. Təsadüfi seçim edildikdə sistem satılmamış və ya ən az satılmış variantlar arasından təsadüf nəticəsində seçim edir.

Oyun təqvimində yer alan bütün oyunlar üçün əvvəlcədən bilet alına bilər. İştirakçı hər otaq üçün fərqli bilet ala bilər və eyni vaxtda birdən çox otaqda oyunda iştirak edə bilər. Bilet nömrələri, variant və sıralarda rəqəmlər və rəqəmlərin yerləri hər oyunda sabit qalır. Oynanılan rəqəmlər oyun zamanı sistem tərəfindən təsadüfi seçimlə təyin olunur. İştirakçı növbəti oyunda və növbəti tarixlərdəki oyunlarda istədiyi oyun otağından bilet ala və eyni vaxtda birdən çox otaqda oyunda iştirak edə bilər. Oyunlar müəyyən vaxt aralığı ilə baş verir. Oyunların cədvəli əvvəlcədən müəyyən olur.

Hər oyunun başlanmasına 10 saniyə qalmış bilet satışı bağlanır.

Oyunun keçirilməsi üçün əvvəlcədən müəyyən olunmuş minimum sayda fərqli iştirakçı iştirak etməli, həmçinin cəmdə əvvəlcədən müəyyən olunmuş minimum sayda bilet alınmalıdır. Oyunun başlaması üçün tələb olunan şərtlər yerinə yetirilmədikdə müvafiq oyun ləğv ediləcək və satılmış bilet dəyərləri iştirakçının hesabına geri ödənilir. Bu şərt hər bir oyun otağı üçün ayrı hesablanır. Məsələn, bilet dəyəri 1 AZN olan otaqdan tələb olunan şərt yerinə yetirilmiş və oyun başlamış amma bilet dəyəri 2 AZN olan otaqda tələb olunan şərtlər qarşılanmamış və həmin otaqdakı oyun ləğv edilmiş, alınmış bilet dəyərləri oyunçunun balansına geri ödənilmiş ola bilər.

Eyni vaxtda birdən çox iştirakçı tərəfindən alınan biletlərin hər biri “1 ədəd fərqli bilet” olaraq hesablanır.  

Oyun başladıqda çıxan uyğun nömrələr bilet üzərində avtomatik işarələnir və növbəti mükafatı qazanmağa ən yaxın bilet üstdə görünür. Mükafat qazanıldıqda xüsusi səs siqnalı və ekrana görüntü olaraq bildiriş gəlir. Oyun vaxtı oyun otaqları arasında keçid edərək fərqli otaqlardakı biletləri izləmək mümkündür.   

Hər hansısa texniki çətinlik olarsa və oyunu davam etdirmək mümkün olmazsa həmin oyun üçün alınan biletlərin dəyəri iştirakçıların hesabına geri qaytarılır.

Oyunda iştirak edən iştirakçıların sayı və uduş məbləği hər oyun otağı üçün ayrılıqda olaraq oyun ekranında əks olunur.

Oyunda 4 növ mükafatlı kombinasiyalar mövcuddur:

“Bürünc” mükafat: biletin istənilən bir üfuqi sırasını ən tez və tam doldurulmuş iştirakçı(lar) qazanmış olur.

“Gümüş” mükafat: biletin istənilən iki üfuqi sırasını ən tez və tam doldurulmuş iştirakçı(lar) qazanmış olur.

“Binqo” mükafatı: biletinin üç üfuqi sırasını ən tez və tam doldurulmuş iştirakçı(lar) qazanmış olur.

“Cekpot” mükafatı: biletin üç üfuqi sırasını sistem tərəfindən əvvəlcədən təyin olunmuş şar sayına qədər (məsələn 52 şara qədər) doldurmuş ilk iştirakçı (iştirakçılar) qazanmış olur.

Mükafat qazanan iştirakçılar yalnız biletin aid olduğu otağın mükafatını qazanmış olur.

Hər mükafat üzrə udan bilet sayı birdən çox olarsa, həmin mükafatın məbləği uduşlu biletlər arasında bərabər bölünür.

Satılmış bilet sayına əsaslanaraq sistem tərəfindən həmçinin oynanılacaq mükafatlar açıqlanır. Yəni, bilet sayından asılı olaraq (əvvəlcədən müəyyən olunan saylardan azlıq təşkil etdikdə) “Bürünc” mükafatı ləğv olunaraq yalnız “Gümüş” və “Binqo”, həmçinin  “Bürünc”  və “Gümüş” mükafatı ləğv olunaraq yalnız “Binqo”  mükafatı oynanıla bilər.

Nümunə: bilet sayı 40-dan az olduğu halda, yalnız “Binqo” mükafatı oynanılır.

Bilet sayı 40 ilə 60 arasında olduğu halda, “Gümüş” və “Binqo” mükafatları oynanılır.

Bilet sayı 60-dan çox olanda, “Bürünc”, “Gümüş” və “Binqo” mükafatları oynanılır.

Bir neçə iştirakçı eyni mükafatı qazandığı halda mükafat məbləği onların arasında bərabər şəkildə bölünür.

Hər hansı oyun otağının “Cekpot”u qazanıldığı halda həmin otağın “Cekpot” məbləği sıfırlanır və yenidən toplanır.

Oyunun oynanılmasını canlı izləyə bilməyən iştirakçılar oyunun nəticələri ilə “Nəticələr” və ya “Biletlərim” səhifələrində tanış ola bilərlər.

Bir iştirakçının eyni və ya müxtəlif otaqlara aid olan biletləri uduşlu ola bilər. Bu halda, iştirakçınun uduş məbləğı toplanır.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

"Virtual Binqo" virtual lotereyası 15 noyabr 2022-ci il tarixdə 228 nömrə ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır. 

TV Yayım Təqvimi