“Maaş Günü” virtual lotereyasının qaydaları

"Maaş Günü" virtual lotereyasını İNDİ OYNA!

“Maaş Günü” virtual lotereyasının qüvvədə olan müddəti: 13 Avqust 2022-ci il – 12 Avqust 2024-cü il.

 “Maaş Günü” virtual lotereya oyununda iştirak qaydaları:

“ Maaş Günü” virtual lotereyası virtual mühitdə keçirilən oyundur.

“Maaş Günü” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilər.

İştirakçı “Maaş Günü” virtual lotereya oyununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Maaş Günü” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.25 manat (iyirmi beş qəpik)

“Maaş Günü” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

Maaş Günü” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən uduş məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından nağdsız qaydada bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

 “Maaş Günü” virtual lotereya oyununun qaydaları:

“Maaş Günü” virtual lotereyası 5 günlük 5 iş həftəsindən ibarət ani oyundur. İlk olaraq 3 həftə aktiv olur. Hər həftənin günləri açıldıqda 3 eyni məbləğ simvolu çıxarsa, həmin məbləğ uduş sayılır. Hər hansı həftə açıldıqda “açar” simvolu çıxarsa həmin simvol açar üzərində görünən rəqəmə uyğun növbəti həftənin (4 və 5-ci həftələr) aktiv edildiyini bildirir. 3 ədəd “bonus” işarəsi çıxarsa, “bonus” oyunu aktivləşmış olur. “Ani uduş” simvolu çıxarsa müvafiq ani uduş məbləği qazanılmış olur.

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

Mükafat məbləğini qazanmaq üçün simvolları sıra ilə açmaq olar və ya bütün simvolları görmək üçün "Hamısını aç" düyməsi seçilir. Oyun parametrləri oyuna başlandıqda seçilir. Oyunun nəti̇cələri kompüter alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Maaş günü” virtual lotereyası 03 avqust 2022 – ci il tarixində 220 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi