“Pul Bibər” virtual lotereyasının qaydaları

"Pul Bibər" virtual lotereyasını İNDİ OYNA!

“Pul Bibər” virtual lotereyasının qüvvədə olan müddəti: 13 Avqust 2022-ci il – 12 Avqust 2024-cü il.

“Pul Bibər” virtual lotereya oyununda iştirak qaydaları:

 “Pul Bibər” virtual lotereyası virtual mühitdə keçirilən oyundur.

 “Pul Bibər” virtual lotereya oyununda 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə iştirak edə bilərlər.

İştirakçı “Pul Bibər” virtual lotereya oyunununda “Azərlotereya” ASC-yə məxsus www.misli.az saytı, eləcədə mobil tətbiqi vəya digər virtual mühit vasitələrində qeydiyyatdan keçərək, müvafiq şəxsi kabinet yaratmaqla iştirak edə bilər.

“Pul bibər” virtual lotereyasında bir oyun sessiyası üçün minimum iştirak haqqı: 0.50 manat (əlli qəpik).

 “Pul Bibər” virtual lotereyasında bir oyun sessiyası üçün maksimum iştirak haqqı: 20 (iyirmi) manat.

 “Pul Bibər” virtual lotereyasında bir oyun sessiyasında maksimum təxmin edilən qazanc məbləği 300 000 (üç yüz min) manatdır.

Uduşların verilməsi (ödənilməsi) qaydaları:

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Bütün uduş ödənişlərin reallaşması üçün oyun sessiyası başa çatdırılmalıdır.

İştirakçı tərəfindən uduş qazanıldığında bu uduş məbləği “Azərlotereya” ASC tərəfindən avtomatik olaraq abunəçinin virtual mühitdəki şəxsi kabinetindəki balansına əlavə edilir.

İştirakçı uduş məbləğini şəxsi kabinetindəki balansından nağdsız qaydada bank vasitəsi ilə məxaric etməklə çıxarış edə bilər.

 “Pul Bibər” virtual lotereya oyununun qaydaları:

“Pul Bibər” virtual lotereyası bitişik simvol tipli oyundur. Oyun xüsusiyyətləri arasında ani pul mükafatı qazanmaq şansı daxildir.  

“Oyna” düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ bi̇r oyun başlayacaq. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 (iyirmi) oyuna qədər avtomatik oynamaq üçün "Avto Oyun" düyməsi seçilir. Cari oyun turu başa çatdıqdan sonra avtomatik oyunları dayandırmaq üçün istənilən vaxt "Stop" düyməsi seçilə bilər.

“Bibərlər”i sıra ilə açmaq olar və ya bütün simvolları görmək üçün "Hamısını aç" düyməsindən istifadə edilə bilər. Mükafatı qazanmaq üçün “bibərlər” açılır.  Üç eyni məbləğ tapıldıqda həmin məbləğ qazanılır.

"Ani Qələbə Bibəri" simvolu açıldıqda göstərilən məbləğ anında qazanılır. Toplam uduş alınan sonuncu çarpana vurulur və həmin məbləği qazanılır. Oyunun sonunda toplam uduş göstərilir və qazanılmış məbləğ iştirakçının virtual balansına əlavə edilir.

Oyun parametrləri oyuna başlandıqda seçilir və oyun zamanı hansısa dəyişiklik etmək qeyri mümkündür. Oyundakı oyunun nəti̇cəsi̇ komputer alqoritmləri ilə müəyyən olunur.

Lotereya Azərbaycan Respublikasının ərazisində keçirilir.

“Pul bibər” virtual lotereyası 03 avqust 2022 – ci il tarixində 219 qeydiyyat nömrəsi ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır.

TV Yayım Təqvimi