1. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, dolmuş bilet uduşlu sayılır. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “Cek Pot” u udur. Birinci turda uduşa düşmüş biletlər oyunu davam edir.
2. İkinci turda lotereya biletinin lövhələrindən hər hansı biri, ən tez, dolmuş bilet 10 000 manat pul uduşu qazanır. Əgər bir neçə bilet uduşlu olarsa məbləğ uduşa düşmüş lotereya biletlərinin arasında bərabər olaraq bölüşdürülür. 2-ci turda lotereya biletinin iki lövhəsindən hər hansı biri, ən tez, əvvəlcədən elan edilmiş gedişə (daxil olmaqla) qədər tam dolarsa həmin bilet “MEGA POT”u udur. Belə olan halda ikinci tur başa çatmış hesab edilir. İkinci turda uduşa düşmüş bilet oyunu davam edir.
3. Üçüncü tur ən azı 77-ci gedişə (daxil olmaqla) qədər davam edir və hər hansı bir lövhəsi dolmuş bilet uduşlu sayılır (əgər bir biletin hər iki lövhəsi dolmuşsa uduşlar cəmlənir). Bu turda ilk uduş əvvəlcədən qeyd olunmuş müəyyən məbləğdir, bir neçə bilet qalib gəldikdə bu məbləğ onlar arsında bərabər bölünür. Əsas oyunun birinci və ikinci turlarının qalibliyinə ilk namizədlər (gözləyənlər) mükafatlandırılırlar.
Əgər bir biletin hər iki lövhəsi dolmuşsa uduşlar cəmlənir.
“Klassik Loto” tirajlı lotereyasında əsas oyunun sonunda lototronda (torbada) qalan şarların (çəlləyin) nömrələri lotereya biletinin lövhələrindən birində əks olunmuş rəqəmlərin ən azı 6-sı ilə üst-üstə düşərsə, həmin lotereya bileti ən azı 1 manat udur.
Əsas oyuna əlavə olaraq həvəsləndirici uduşlar oynanılır. Həvəsləndirici turda uduşa düşən lotereya bileti üzrə yalnız ən iri uduş məbləği ödənilir (diğər uduşlar bu uduşa əlavə olunmur)
Belə ki, əsas oyun başlanmazdan əvvəl 0-dan 9-dək nömrələnmiş şarların (çəlləklərin) lototrondan (torbadan) çıxarılması ilə ardıcıl 4 (dörd) rəqəm müəyyən edilir:
- Bu ardıcıl rəqəmlər lotereya biletinin nömrəsinin son 4 (dörd) rəqəmi ilə uyğun gələrsə, bilet 200 (iki yüz) manat udur.
- Bu ardıcıl rəqəmlərdən son 3 (üçü) lotereya biletinin nömrəsinin son 3 (üç) rəqəmi ilə uyğun gələrsə, bilet 20 (iyirmi) manat udur.
- Bu ardıcıl rəqəmlərdən son 2 (ikisi) lotereya biletinin nömrəsinin son 2 (iki) rəqəmi ilə uyğun gələrsə, bilet 2 (iki) manat udur.
Əsas oyunun sonuda 2 (iki) dəfə 0-dan 9-dək nömrələnmiş şarların lototrondan çıxarılması ilə ardıcıl iki dəfə 2 (iki) rəqəm müəyyən edilir və bu ardıcıl rəqəmlər lotereya biletinin nömrəsinin son 2 (iki) rəqəmi ilə uyğun gələn biletlər 2 (iki) manat məbləğində uduş əldə edəcəkdir.
****00 → 2 manat
****00 → 2 manat
Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.